“Antalyaspor” baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, braziliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Antalya klubu 18 oyundan sonra 21 xalla 13-cü yeri tutur.
“Fənərbaxça”nın əfsanəsi hesab olunan Aleks bu ilin mayında “Antalyaspor”un sükanı arxasına keçmişdi. 47 yaşlı məşqçi buna qədər vətənində “Avai” klubunu çalışdırıb.