Bloomberg yazır ki, 10 Aİ ölkəsi Rusiya təbii qazı və LNG-yə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Onların arasında İsveç, İrlandiya, Polşa və Baltikyanı ölkələr var. Adı çəkilən ölkələr Kremlin Ukraynadakı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi gəlirləri cilovlamaq üçün Aİ-yə boru kəməri qazı və mayeləşdirilmiş təbii qaz (LNG) idxalına qadağa qoyulmasını təklif edir.
Aİ artıq Rusiya neftinin idxalına qadağa qoysa da, bəzi ölkələrin Rusiyadan qazdan asılılığı indiyədək bu yanacaq növünə qarşı sanksiyaların tətbiqinə mane olub.
Məhdudlaşdırıcı tədbirlərin qəbulu Aİ-yə üzv olan 27 ölkənin hamısının yekdilliklə təsdiqini tələb edir. Macarıstanın baş naziri Viktor Orbanın bu cür hərəkətlərə şübhə ilə yanaşmasını nəzərə alsaq, bu, getdikcə çətinləşir.
Bloomberg News tərəfindən görülən sənəddə Danimarka, Finlandiya, Çexiya və Rumıniya da daxil olmaqla, "Əsas məqsəd mümkün qədər tez Rusiya qazı və LNG idxalını qadağan etməkdir",deyə o bildirib.
Nigar