Özbəkistan vətəndaşı Krasnoyarsk hava limanında qətliam törədib.
Krasnoyarsk hava limanında qətliam törədən şəxsin kimliyi müəyyənləşib: onun 40 yaşlı Özbəkistan vətəndaşı Ümid Kaimov olduğu üzə çıxıb. Dindirmə zamanı Kaimov hücumun səbəbinin qısqanclıq olduğunu bildirib. Zərərçəkənin özü isə hücumçunu tanımadığını iddia edir.
KİV-lər bildirir ki, Kaimov hava limanının ərazisinə silahsız daxil olub. Orada o, müəssisələrdən birinin bar piştaxtasının üzərinə çıxaraq bıçağı götürərək 39 yaşlı Mansurbek T-nin üzərinə qaçıb.
Xuraman Etibarlı
İnterpress.az