Türkiyənin "Aydınlık" qəzeti yazır ki, ABŞ dünyada terrorizmi dəstəkləyib, müxtəlif ölkələrdə xaos yaratmağa səbəb olur. İndi isə ABŞ öz daxilində sıxıntılar yaşayır və ölkə növbəti vətəndaş müharibəsi ilə üzləşə bilər.Məqalədə qeyd olunur ki, bu cür hadisələrin baş verməsinin bir çox səbəbləri və təməl faktorları var. Xüsusilə, Kapitoliya binasına edilən hücumdan sonra vəziyyət daha da gərginləşib. Xüsusilə, Texasın Vaşinqtona tabe olmağı rədd etməsi və vətəndaşlar arasındakı gəlir fərqləri vurğulanır.Məqalənin müəllifləri hesab edirlər ki, New York, Las Vegas və Yeni Orlean kimi şəhərlərdə baş verən terror hadisələri də bu vəziyyətin göstəricisidir. Bəzi mütəxəssislər bu hadisələri prezident seçkilərinin qalibi Donald Trumpın gəlməsi ilə əlaqələndirirlər. Lakin məqalə müəlliflərinin fikrincə, məsələ yalnız bundan ibarət deyil.Terror hadisələrini törədənlər ABŞ hərbçiləri və şübhəli əməliyyatlarda iştirak edənlərdir. Bunlar arasında Ukrayna da daxil olmaqla müxtəlif yerlərdəki hərbi əməliyyatlara iştirak edənlər də qeyd olunur.Səidə Mustafa
Diqqət Çəkənlər
Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır
Peskov: Putin və Trump arasında görüşə dair "konkret hazırlıq" işləri aparılmır
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb