AZ

Tanınmış dövlət xadimi vəfat etdi

Xaçmaz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan ictimai-siyasi və dövlət xadimi Şəmsəddin Xanbabayev vəfat edib.

Bu barədə Demokrat.az-a mərhumun yaxınları məlumat verib.

Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.
O, sabah Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. 

1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990–1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

2004-2019- cu illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni, 28 mart 2019-cu il tarixli sərəncaml ilə "1-ci dərəcəli əmək" ordeni, 2 fevral 2024-cü il tarixli serencami ile " Heyder Eliyevin 100 illiyi " yubiley metali ilə təltif olunub.

Seçilən
17
13
azpolitika.info

10Mənbələr