Türkiyənin yeni səfirindən Azərbaycanla bağlı paylaşım
Türkiyə ilə Azərbaycanın “Bir millət, iki dövlət” şüarı ilə əməkdaşlığının, qardaşlığının və ittifaqının hər sahədə inkişafına davam edəcəyik.Axar/az xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün X hesabında yazıb. Qeyd edək ki, B.Akgün yanvarın 11-də Azərbaycana yeni səfir təyin olunub. O, fevralda vəzifəsinin icrasına başlayacaq.