Ermənistan və Avropa İttifaqı (Aİ) hazırda görünməmiş yaxın münasibətlərdədir.
Editor.az bildirir ki, bu barədə Aİ Xarici Xidmətinin sözçüsü Ənvər əl-Anuni jurnalistlərə bildirib. “Davam edən müzakirələr Aİ-nin və onun dəyərlərinin cəlbediciliyini göstərir. Biz heç vaxt Ermənistanla indiki qədər yaxın olmamışıq”, – Ənvər əl-Ənuni deyib.
O xatırladıb ki, Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması məsələsini müzakirə etməyə başlayıblar. Bundan başqa, onun sözlərinə görə, Avropa İttifaqı İrəvana maliyyə dəstəyini artırıb.
Xatırladaq ki, Ermənistan hökuməti ölkənin Aİ-yə inteqrasiya layihəsini təsdiqləyib. Daha sonra təşəbbüsə respublika parlamenti baxacaq. Kreml İrəvanın Avropaya yaxınlaşmaq istəyini diqqətdən kənarda qoymayıb. Kreml vurğulayıb ki, ölkə Aİİ-nin üzvü olduğu halda Aİ-yə daxil ola bilməz. Buna cavab olaraq Ermənistan İqtisadiyyat Nazirliyinin rəhbəri Gevorq Papoyan Aİİ-dən çıxmaq məsələsinin hazırkı gündəmdə olmadığını çatdırıb.
//Samir Qurbanov, Editor.az