AZ

Donald Tramp Avropanın iştirakı olmadan Rusiya ilə danışıqlara gedə bilər

Avropalılar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada onların iştirakı olmadan sülh danışıqları aparacağından qorxurlar.

Editor.az “Euractiv”ə istinadən yazır ki, Avropa liderləri potensial danışıqlar prosesində öz yerlərini qorumaqda maraqlıdırlar. Onların əksəriyyəti Kiyevin mövqeyini dəstəkləyir və hesab edir ki, Ukrayna tez atəşkəsə sövq edilməməlidir, çünki bu, onun üçün əlverişsiz şərait yarada bilər.

Bununla belə, avropalılar Trampın Avropanın maraqlarına məhəl qoymadan Putinlə ikitərəfli danışıqlara üstünlük verə biləcəyindən ehtiyat edirlər. Estoniyanın baş naziri Kristen Mixalın sözlərinə görə, ABŞ Rusiyanı danışıqlar masası arxasına oturmağa inandırmaqda həlledici rol oynamalıdır.
Əvvəllər müharibəni 24 saata bitirə biləcəyini deyən Tramp indi 6 ayın daha real hədəf olduğunu bildirib. Onun Ukraynadakı gələcək nümayəndəsi Keyt Kelloq 100 gün ərzində irəliləyiş əldə edəcəyini gözləyir.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
50
editor.az

10Mənbələr