AZ

Avropanın iki böyük klubu onunla maraqlanır

İki Avropa klubu hücumçu Randal Kolo-Muani ilə bağlı PSJ ilə əlaqə saxlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Yuventus" və "Tottenhem"in fransalı forvardın xidmətində maraqlı olduğunu lakin PSJ-nin oyunçu icarə əsasında deyil bir dəfəlik satmaq niyyətində olduğunu qeyd edib.

Bu mövsüm Fransa millisinin forvardı bütün yarışlarda parislilərin heyətində keçirdiyi 14 matçda cəmi 2 qol vurub. Fransız futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
4
90deqiqe.az

1Mənbələr