NASA-nın“Landsat 8”və“Landsat 9”peyklərinin İsgəndəriyyə və Buxariyyə ərazilərindən6 il fərqlə çəkdiyi şəkillərgöstərir ki, artıq hiss olunan nəticələr var. Ümumilikdə bu layihə ilə ölkədə kənd təsərrüfatına yararlı torpaqların 15% artırılmasınəzərdə tutulub.
İkinci şəkildə şimal-şərqdən (sol yuxarı küncdən) gələn xətt yeni çəkilmiş kanaldır. Bir neçə nasos stansiyasının köməyilə vurulançirkab suları bu kanalın vasitəsilə cənubdakı təmizləmə stansiyasına axıdılır,daha sonra isə suvarma üçün yaradılmış xüsusi süni göldə toplanır.
Təmizləmə stansiyasının tikintisi 2023-cü ildə başa çatdırılıb. Oradagündə 7.5 milyon kubmetr çirkab suyu emal olunur.Bu göstəriciyə görə həmin zavod Ginnesin Rekordlar Kitabına düşüb.
Yeni salınan meşə zolağı təkcə ekoloji deyil, həm də iqtisadi məqsədlərə xidmət edir: orada əkilən evkalipt və akasiya ağaclarından istehsalda, tikintidə istifadə olunur.
Samir Quliyev
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta