AZ

Sabiq icra başçısı vəfat etdi

Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.

KONKRET.az xəbər verir ki, o, bu gün 86 yaşında Xaçmaz şəhərində dünyasını dəyişib.

Mərhum Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu ildə Ordubad rayonu, Aşağı Əndəmic kəndində doğulub.

1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

23 oktyabr 2004-cü il tarixli Prezidentin Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.//Report

Seçilən
2
13
konkret.az

10Mənbələr