AZ

Sabah bu ərazilərdə işıq olmayacaq

Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq. Bu səbəblə saat 10:00-dan, 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq
ONN İnformasiya Agentliyi
Seçilən
11
49
onn.az

10Mənbələr