Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Göztəpə” doğma meydanda “Kasımpaşa”nı 5 cavabsız qolla məğlub edib.
Beş qolun qeydə alındığı “Konyaspor” – “Fənərbaxça” matçında isə qonaqlar çətin qələbəyə seviniblər.
Beləliklə, 19 turdan sonra 50 xala malik olan və məğlubiyyətsiz irəliləyən son çempion “Qalatatasaray” vahid liderdir. “Fənərbaxça” 42 xalla ikinci, “Samsunspor” 36 xalla üçüncü, “Göztəpə” 31 xalla dördüncüdür. “Eyüpspor”la “Beşiktaş” 30, “Başakşəhər” 26, “Qaziantep” 25, “Rizəspor” 24, “Trabzonspor” və “Alanyaspor” 22, “Kasımpaşa” və “Antalyaspor” 21, “Sivasspor” və “Konyaspor” 20 xal toplayıblar.
Türkiyə, Super Liqa
19-cu tur
10 yanvar
Kayserispor – Samsunspor 0:1
Qol: Marius, 1.
Hatayspor – Rizəspor 1:2
Qollar: Butoba, 23 – Diak, 11-öz qapısına. Gezzal, 63-pen.
Beşiktaş – Bodrumspor 2:1
Qollar: Ndur, 32. İmmobile, 40 – Puşkaş, 90+4.
12 yanvar
Sivasspor – Alanyaspor 1:1
Qollar: Koita, 29 – Kordova, 56.
Trabzonspor – Antalyaspor 5:0
Qollar: Banza, 21. Malyero, 52; 64; 87. Çam, 70.
Başakşəhər – Qalatasaray 1:2
Qollar: Pyontek, 53 – B.A.Yılmaz, 42; 59.
Qaziantep – Adana Dəmirspor 1:0
Qol: Okereke, 4.
13 yanvar
Göztəpə – Kasımpaşa 5:0
Qollar: Tiyaniç, 7. Juan Santos, 53. Romulo, 78. Viktor Huqo, 86. İ.Köybaşı, 90+3.
Konyaspor – Fənərbaxça 2:3
Qollar: Pedrinyo, 1. Kramer, 44 – M.Müldür, 14. Ç.Söyüncü, 25. Tadiç, 60.