AZ

"Fənərbaxça"dan vacib 3 xal

Türkiyə Superliqasının XIX turuna yekun vurulub. 

Apasport.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub.

İstanbul təmsilçisi rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

"Sarı-lacıvərdlilər"in heyətində Mert Müldür (14), Çağlar Söyüncü (25) və Duşan Tadiç (61) fərqlənib. Meydan sahiblərinin heyətində isə Pedrinyo (1) və Blaz Kramer (44) dəqiq zərbə müəllifi olub.

42 xalı olan "Fənərbağça" 50 xala malik lider "Qalatasaray"ın ardından ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə 36 xalla "Samsunspor" qapayır.

"Aston Villa" "Borussiya" ilə anlaşıb

Renat "Hatayspor"a ciddi problem yaradıb

İbrahimoviç İtaliyaya qayıdır

“Atletiko”dan tarixi qələbə

"Borussiya" Portuqaliya millisinin üzvünü transfer edir

Seçilən
46
30
apasport.az

10Mənbələr