AZ

Hər uşağa görə bu qədər ödəniləcək – MÜJDƏLİ XƏBƏR

Türkiyədə yeni doğulan uşaqlar üçün yardımın məbləği artırılır.

Medianews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

“Biz doğum yardımlarımızı əhəmiyyətli dərəcədə artırırıq. Ən azı 3 uşaq! Birinci uşağa 5 min TL birdəfəlik, ikinci uşağa hər ay 1500 TL, 3-cü və sonrakı uşaqlara isə hər ay 5000 TL yardım veriləcək”, – Ərdoğan qeyd edib.

Ölkə prezidenti yeni ailə quran cütlüklərə faizsiz kredit ayrılacağını da qeyd edib.

R.T.Ərdoğan 81 vilayətdə yeni evlənən gənclərə 150 min TL faizsiz kredit dəstəyi veriləcəyini açıqlayıb. Doğuş nisbətini artırmaq üçün hər uşağa maddi yardım ediləcəyini bildirən ölkə başçısı yaxın zamanda mənzil dəstəyinə başlayacaqlarını da açıqladı./globalinfo.az

Seçilən
9
9
medianews.az

10Mənbələr