AZ

Monqolustan Prezidenti Türkiyəyə gedir -20 İLDƏN SONRA

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux 20 illik fasilədən sonra yanvarın 15-dən 19-dək Türkiyədə rəsmi səfərdə olacaq.

 

Bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Bildirilib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 55-ci ildönümü münasibətilə Ərdoğanın dəvəti ilə Türkiyəyə gedən Xurelsuxun Ankarada bir sıra görüşləri olacaq.

 

Tərəflər arasında ətraf mühit, nəqliyyat, infrastruktur və hüquq sahələrində 10-dan çox əməkdaşlıq sazişinin bağlanması gözlənilir. Eyni zamanda, iki dövlət arasında gənclər və idman, təhsil, tibb və səhiyyə sahələrində əməkdaşlığa yönəlmiş sazişlər imzalanacaq.

Seçilən
2
2
senzor.az

3Mənbələr