Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
“Göztəpə” öz meydanında “Kasımpaşa”nı 5 cavabsız qolla məğlub edib. “Konyaspor”un qonağı olan “Fənərbağça” da turu qələbə ilə bitirib.
Hazırda 50 xalı olan “Qalatatasaray” vahid liderdir. “Fənərbağça” 42 xalla ikinci, “Samsunspor” 36 xalla üçüncü, “Göztəpə” 31 xalla dördüncüdür. “Eyüpspor”la “Beşiktaş” 30, “Başakşəhər” 26, “Qaziantep” 25, “Rizəspor” 24, “Trabzonspor” və “Alanyaspor” 22 xal toplayıblar.
Türkiyə Super Liqası
19-cu tur
11 yanvar
Kayserispor - Samsunspor 0:1
Qol: Marius, 1.
Hatayspor - Rizəspor 1:2
Qollar: Butobba, 23 - Diak, 11-öz qapısına. Qezzal, 63.
Beşiktaş - Bodrumspor 2:1
Qollar: Ndour, 32. İmmobile, 40 - Puşkas, 90+4.
12 yanvar
Sivasspor – Alanyaspor 1:1
Qollar: Koita, 29 – Kordova, 56.
Trabzonspor – Antalyaspor 5:0
Qollar: Banza, 21. Malyero, 52; 64; 87. Çam, 70.
Başakşəhər – Qalatasaray 1:2
Qollar: Pyontek, 53 – B.A.Yılmaz, 42; 59.
Qaziantep – Adana Dəmirspor 1:0
Qol: Okereke, 4.
13 yanvar
Göztəpə – Kasımpaşa 5:0
Qollar: Tiyaniç, 7. Juan Santos, 53. Romulo, 78. Viktor Huqo, 86. Köybaşı, 90+3.
Konyaspor – Fənərbağça 2:3
Qollar: Pedrinyo, 1. Kramer, 44 – Müldür, 14. Söyüncü, 25. Tadiç, 60.