ABŞ prezidenti Co Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani telefon danışığı zamanı İsrail hökuməti ilə HƏMAS hərəkatı arasında atəşkəs və girovlar haqqında razılaşmaya dair yaxın təmasların və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Hər iki lider, girovların ailələrinə qaytarılması və atəşkəslə təmin olunacaq humanitar yardımın artırılması yolu ilə Qəzza xalqının vəziyyətinin yüngülləşdirilməsi üçün təcili razılığın əldə edilməsinin vacibliyini vurğulayaraq razılığın əldə olunmasına çağırdılar.", - məlumatda deyilir.