AZ

Bayden ABŞ-in dünya liderliyi uğrunda mübarizədə mövqeyini qoruyub saxladığını və möhkəmləndiyini açıqlayıb

ABŞ prezidenti Co Bayden xarici siyasətlə bağlı yekun çıxışında deyib ki, Birləşmiş Ştatlar dünya liderliyi uğrunda qlobal yarışda öz mövqeyini qoruyub və möhkəmləndirib...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Dövlət Departamentində çıxış edən Bayden Birləşmiş Ştatlar xalqına müraciət edərək, Amerikanın milli gücünün onun administrasiyasının 4 il əvvəl vəzifəyə gəldiyi vaxtdan qat-qat güclü olduğunu deyib. Prezident vurğulayıb ki, Vaşinqtonun müttəfiqləri güclənib, onun rəqibləri  zəifləyib və ABŞ həmişəkindən daha güclü olub.

Baydenin sözlərinə görə, onun hakimiyyəti dövründə ABŞ nəinki qlobal liderliyini qoruyub, həm də diplomatiya, hərbi güc, texnologiya və iqtisadiyyat kimi bütün əsas sahələrdə mövqelərini möhkəmləndirib. O, Vaşinqtonun hazırkı müttəfiqlərinin sayını misilsiz adlandırıb. Bayden onilliklər ərzində hərbi sənayeyə ən böyük investisiya, süni intellektdə liderlik və dünyanın ən dinamik iqtisadiyyatını qurduğunu açıqladı.

Dövlət başçısı qeyd edib ki, bütün bu nailiyyətlər ABŞ-ı yeni hərbi münaqişələrə cəlb etmədən əldə olunub.

Poliqon.info

Seçilən
12
1
poliqon.info

2Mənbələr