AZ

“Qreçka”nın bizə faydası

“Qreçka” adı ilə tanıdığımız qarabaşaq dünyanın bir çox ölkələrində geniş istifadə olunur. 

“Qafqazinfo” xəbər verir ki, qarabaşaq tərkibindəki vitaminlər, zülallar və yağlar kimi komponentlərlə insan sağlamlığına bir çox töhfələr verir.

Qarabaşağın böyük üstünlüklərindən biri onun aşağı kalorili olmasıdır.

Qarabaşaqda çoxlu miqdarda maqnezium, manqan, fosfor, mis və dəmir var. Bütün bu minerallar uşaqların böyüməsinə və inkişafına kömək edir.

Bu qidada həzm sisteminin sağlamlığını yaxşılaşdıran və bağırsaqların normal fəaliyyətini dəstəkləyən əhəmiyyətli miqdarda lif var.

Qarabaşaq orqanizmi zərərli maddələrdən təmizləməyə kömək edir, antioksidant təsir göstərir, orqanizmin müqavimətini artırır.

“Qreçka”nın tərkibində ürək üçün faydalı olan rutin və sellüloz kimi birləşmələr mövcuddur.

Bu dənli bitkinin tərkibində olan dəmir, B vitamini, və manqan dəmir çatışmazlığı, eləcə də anemiyanın qarşısını alır.

Qarabaşaqda olan B7 vitamini  maddələr mübadiləsində mühüm rol oynayır və orqanizmə yağların, karbohidratların və zülalların parçalanmasına kömək edir. 

Qarabaşaq çox yüksək protein dəyərinə malikdir. Pəhriz saxlaayn insanların diet siyahısında ilk sırada yer alır.

Bu qida qan təzyiqini aşağı salmaq və tarazlaşdırmaqda faydalıdır. Qarabaşaq istehlakı yüksək xolesterinin aşağı salınmasında da təsirlidir.

Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır, eyni zamanda, böyrəklərin fəaliyyətinin normallaşmasına müsbət təsir göstərir.

Tərkibindəki B vitamini ilə saç və dəri sağlamlığın üçün əhəmiyyətlidir. Saçda keratin istehsalını artırır, saçların sürətli və sağlam uzanmasını təmin edir.

Seçilən
30
1
qafqazinfo.az

2Mənbələr