AZ

Co Bayden və Qətər əmiri atəşkəs və girovlarla bağlı razılığa gəldilər

ABŞ prezidenti Co Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.

Telefon danışığı zamanı İsrail hökuməti ilə HƏMAS hərəkatı arasında atəşkəs və girovlar haqqında razılaşmaya dair yaxın təmasların və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəlinib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Hər iki lider, girovların ailələrinə qaytarılması və atəşkəslə təmin olunacaq humanitar yardımın artırılması yolu ilə Qəzza xalqının vəziyyətinin yüngülləşdirilməsi üçün təcili razılığın əldə edilməsinin vacibliyini vurğulayaraq razılığın əldə olunmasına çağırdılar.", - məlumatda deyilir.

Seçilən
7
1
operativmedia.az

2Mənbələr