AZ

Topdansatış müəssisəsi belə qeyri-yaşayış sahələrində yerləşə bilər

Topdansatış müəssisəsi ayrıca tikilmiş binada, istehsal təyinatlı binalarda və ya yaşayış evlərinin qeyri-yaşayış sahələrində yerləşə bilər (zirzəmi və yarımzirzəmi yerlər istisna olmaqla).

Heftelik.az-ın məlumatına görə, bu, “  Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Topdansatış müəssisəsinin girişində şirkətin adı, fəaliyyət ünvanı, hüquqi ünvanı və iş rejimi barədə məlumatlar əks olunan tanıtma lövhəsi olmalıdır. Topdansatış müəssisəsinin anbarı ayrıca girişə, giriş meydançasına, malın boşaldılması üçün əraziyə, mal boşaldılarkən atmosfer yağıntılarından və yüksək hərarətdən qorunmanı təmin edən yerlərə malik olmalıdır.

Seçilən
13
heftelik.az

1Mənbələr