Gürcüstanda qaçqınların yerləşdiyi keçmiş oteldə partlayış baş verib.
Söz.az "Mtavari"-yə istinadən xəbər verir ki, hadisə Tbilisinin Ortaçala rayonunda yaşanıb.
Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Telekanalın məlumatına görə, ölən yaşlı kişi olub. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Partlayışın ilkin səbəbinin təbii qaz olduğu ehtimal edilir.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.