AZ

Əməkdar artist: "Heç kimin məşuqəsi olmamışam"

Rusiyanın Əməkdar artisti, balerina Anastasiya Voloçkova evli kişilərlə münasibətlərindən danışıb. 

Söz.az"news.ru"-ya istinadən xəbər verir ki, o, həyat təcrübələrini jurnalistlərlə bölüşüb. 

Balerinadan evli kişi ilə tanış olduqda nə etmək lazım olduğu, ondan uzaqlaşmaq, yoxsa münasibəti davam etdirməyin doğru olacağı soruşulub.

Voloçkova isə cavabında: "Heç vaxt heç kimə rədd cavabı vermək lazım deyil. Amma evli kişilərlə münasibətim olmayıb. Mən həyatımda heç kimin məşuqəsi olmamışam. Yeri gəlmişkən, Süleyman (Kərimov – red.) ilə görüşə bilməməyimin səbəbi də budur. O, artıq evli idi. Amma bu mənim həyatımda yeganə haldır, çünki dininə görə onun bir neçə həyat yoldaşı ola bilərdi”, – deyə etiraf edib.

Seçilən
15
1
soz.az

2Mənbələr