AZ

Qonşusunu bıçaqlayan sərxoş gəncə hökm oxundu

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa təqsirləndirilən Kərəm Fərəclinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 20 avqust 2024-cü il tarixdə, saat 20:00 radələrində Şərur rayonunun Qışlaqabbas kəndində qeydə alınıb.


Belə ki, 2001-ci il təvəllüdlü Kərəm Fərəcli restoranda spirtli içki qəbul etdikdən sonra yaşadığı evə gedib və saat 22:40 radələrində sərxoş vəziyyətdə mətbəxdə olan bıçağı götürərək şalvarının sağ arxa kəmər hissəsində gizlədib. Sonra o, atası ilə birlikdə zərərçəkmiş olan qonşusu İmran Həsənzadənin (şərti) yaşadığı mənzilinə daxil olub və divanda əyləşən qonşusunu bıçaqlayıb.


Daha sonra Kərəm Fərəcli saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 

Tarix: 14 Yanvar 2025, 08:14   
Seçilən
9
pravda.az

1Mənbələr