AZ

Sabiq icra başçısının vəfatı ilə bağlı başsağlığı

Parlamentin deputatı Mahir Süleymanlı Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin vəfatı ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə deputat sosial şəbəkə hesabında paylaşım edib.

 

“Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sabiq sədri, Naxçıvan Muxtar Respublikasının sabiq baş naziri, YAP Veteranlar Şurasının üzvü, tanınmış ictimai-siyasi xadim Şəmsəddin Xanbabayevin vəfatından kədərləndiyimi bildirir, mərhumun ailəsinə, yaxınlarına və bütün onu tanıyanlara dərin hüznlə başsağlığı verirəm.  
Şəmsəddin müəllimin həyat yolu, dövlətimiz və xalqımız qarşısında göstərdiyi xidmətlər hər zaman hörmətlə xatırlanacaq. Allah rəhmət eləsin!” - deyə paylaşımda qeyd edilir.

Seçilən
39
50
modern.az

10Mənbələr