Rusiyada vurulan pilotsuz təyyarənin qalıqları Tula vilayətinin Aleksin şəhərindəki Oka Paralimpiya idman bazası yaxınlığında yerə düşüb. Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
"Həmin anda bazada zirzəmiyə sığınan voleybolçular var idi", - "Mash" yazıb.
SHOT Telegram kanalı isə xəbər verir ki, digər pilotsuz təyyarə Aleksin şəhərində yerli sakinlərdən birinin evinin düz yanında partlayıb. İlkin məlumatlara görə, azı iki pilotsuz təyyarə vurulub.
Həmçinin Tambov vilayətinin Kotovsk şəhərinə hücum cəhdi barədə də məlumat var.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural