Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası yanvarın 16-na təyin edilib.
Şikayət hakim Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2023-cü il dekabrın 31-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
İttihama görə, 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucova və 1981-ci il təvəllüdlü Ramil Səfərova bıçaqla xəsarətlər yetirərək onları öldürüb.
Arif Bəhərçiyev Cinayət Məcəlləsinin 120.2.7-ci (iki şəxsi qəsdən öldürmə) maddəsi ilə təqsirli bilinib.
Kamal Məmmədov