Hindistanın şimalındakı müqəddəs çayların qovuşduğu yerdə festival başlayıb. AzPost Reuters agentliyinə istinadla xəbər verir ki, “Kral hamamı” hər 12 ildən bir Uttar Pradeş ştatının Prayaqrac şəhərində keçirilən tədbirin əsas hissəsidir. Çünki hindular bunun günahların bağışlanmasından əlavə, doğum və ölüm dövründən xilas olduğuna inanırlar.
İnsanlar mahnı və nağara sədaları altında bəzəkli yük maşınları, at və piyada yürüşlə suya doğru hərəkət edirdilər.
400 milyondan çox insanın qatılacağı festival başlayanda təxminən 15 milyon insan Qanqa, Yamuna və mifik, görünməz Sarasvati çaylarının qovuşduğu yerdə ritual ilə çimib.
Qeyd edək ki, bu hadisə hindu inancından qaynaqlanır. Bildirirlir ki, “ölümsüzlük suyunun” dörd damcısı məhz bu çaylara düşüb.