AZ

Xocalı qatilləri Bakıya təhvil verilir, daşnaklar həbs olunur, Zəngəzur...

“4 illik təcrübə göstərdi ki, Əliyevin istənilən tələbi Paşinyan tərəfindən yerinə yetirilir. Bir neçə gün öncə Azərbaycan Prezidenti yenidən tələblər irəli sürdü. Bunlardan biri də Ermənistanda faşizmin məhv edilməsidir”.

Publika.az xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.

Xaçatryanın iddiasına görə, Əliyev Ermənistanda Daşnaksütyunu faşizm strukturu elan edərək, onun ləğvi tələbini irəli sürəcək, Paşinyan da bunu yerinə yetirəcək: “Eyni zamanda, Əliyev Qarabağ müharibəsində əsas iştirakçıların Bakıya təhvil verilməsini istəyəcək, Paşinyan da bunu edəcək”.

Erməni deputat hesab edir ki, Əliyevin digər tələbi Ermənistanın demilitarizasiyası ilə bağlıdır.

Seçilən
10
publika.az

1Mənbələr