AZ

«CFI Financial İnvestisiya Şirkəti»nin dövriyyəsi - MƏLUM OLUB - RƏQƏMLƏR

«CFI Financial İnvestisiya Şirkəti»nin dövriyyəsi  artıb.

FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-dekabr aylarında şirkətin birja dövriyyəsi 2 milyard 551,9 milyon  manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 136,2 milyon manat və ya 5,6% artıb.

Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 234 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 575,3 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 121,2 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 601,1 milyon manat, səhmləri 20,3 milyon manat olub.

Cari ildə «CFI Financial İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 293,5 milyon manat və ya 2,3 dəfə azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 269,1 milyon manat və ya 87,9% artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 64,7 milyon manat və ya 34,8% azalıb, səhm əməliyyatları üzrə dövriyyəsi 9,4 milyon manat (86,8%), repo əməliyyatları 216,2 milyon manat (15,6%) artıb.

Bu il «CFI Financial İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 28,1% azalaraq 2 762-dən 1 985-ə düşüb.

Qeyd edək ki, "AzFinance İnvestisiya Şirkəti" ötən ilin noyabrından etibarən adını dəyişərək «CFI Financial İnvestisiya Şirkəti»ə çevrilib.

Seçilən
2
fed.az

1Mənbələr