AZ

"Ukraynada nüvədən istifadə sivilizasiyanın məhvi olacaq" -Roqozin

Zaporojyedən olan senator Dmitri Roqozin diqqət çəkən açıqlamalar verib.

Siyasətçi Qazeta.Ru-ya bildirib ki, o, Ukraynaya nümayişkaranə nüvə zərbəsinin zəruriliyi ilə bağlı bəyanatlara ehtiyatla yanaşır.

 “Biz yadda saxlamalıyıq ki, nüvə silahından istənilən istifadə eskalasiya sayılır  və bu, Yer üzündəki bütün sivilizasiyanın ölümü ilə sona çatacaq.  Heç kim bunu kimin başlatdığını, kimin günahkar və kimin günahsız olduğunu xatırlamayacaq”, - Roqozin bildirib.

Onun sözlərinə görə, Rusiyanın bir çox başqa imkanları var. Məsələn, Kreml strateji silahlardan qeyri-nüvə variantında istifadə edə bilər.  Senator qeyd edib ki, oxşar sınaqlar artıq Rusiya Federasiyasında uğurla həyata keçirilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
11
news365.az

1Mənbələr