AZ

Putin və Bayden niyə bir-biri ilə dolayı yolla əlaqə saxlayır?

The New York Times (NYT) qəzeti diqqət çəkən məqalə dərc edib. Nəşr yazır ki, 2022-ci il fevralın 24-dən sonra Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Co Bayden birbaşa ünsiyyət qurmayıblar.  Lakin onlar dolayı əlaqə kanallarını saxlayıblar.

 Məqalədə qeyd edilib ki, Moskva və Vaşinqton müxtəlif departamentlər səviyyəsində qarşılıqlı əlaqədə olub.  Belə ki, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Rusiya liderinin köməkçisi Yuri Uşakova “gizli şəkildə bir sıra zənglər edib”.  Onlardan biri zamanı Amerika rəsmisi açıq şəkildə bildirib ki, ABŞ kuryer xidmətləri tərəfindən partlayıcı qurğular olan bağlamaların göndərilməsi ilə bağlı vəziyyətə görə Rusiyanı məsuliyyət daşıdığını bəyan edir.

Müəllif yazıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Uilyam Börns bu məsələni Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və FSB rəhbəri Aleksandr Bortnikovla müzakirə edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
2
news365.az

1Mənbələr