AZ

Mel Gibson: “Evim Drezdenə dönüb”

Yazını böyüt
Yazını kiçilt

Kaliforniyada Los-Anceles şəhərini əhatə edən yanğınlar məşhurları da vurub. Entoni Hopkins, Billi Kristal, Con Qudman, Adam Brodi və Paris Hilton da daxil olmaqla bir çox ulduzun evlərinin külə döndüyü bildirilir.

Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, Mel Gibson, Co Roqan ilə podkast yazmaq üçün Ostində olarkən Malibudakı evini itirdiyini də açıqlayıb. Evinin son vəziyyətini İkinci Dünya Müharibəsi zamanı bombalanmış Almaniyanın Drezden şəhəri ilə müqayisə edib.

69 yaşlı aktyor telefonla verdiyi müsahibədə 14-15 il yaşadığı evi itirdiyinə görə kədərləndiyini bildirib: “Təbii ki, bu, dağıdıcı bir hissdir, emosiya ilə doludur. Siz uzun müddət yaşayırsınız və hər şey orada olur. Əşyalarımın üzərimdə yaratdığı yükdən xilas oldum, çünki artıq hamısı külə çevrilib”.

Podcast çəkilişi zamanı fikrinin evdə qaldığını ifadə edən Gibson belə davam edib: "Evə dönəndə yerində yox idi. Öz-özümə dedim ki, heç olmasa santexnika artıq bezdirici problemlər yaratmayacaq".

Kino ulduzu bir çox qiymətli əşyaların itdiyini, lakin həyat yoldaşı Rozalind Ross və oğlu Larsın sağ-salamat olmasının onun üçün kifayət etdiyini bildirib.

O, toyuqlarının möcüzəvi şəkildə sağ qaldığını izah edərkən, eyni küçədə yaşayan həmkarı Ed Harrisin evinin yandığını da bildirib.

Seçilən
6
hafta.az

1Mənbələr