AZ

Çin rekord qırdı: Ticarət profisiti 1 trilyon dollara çatdı

Yazını böyüt
Yazını kiçilt

Çin, 2024-cü ildə ticarət profisitinin 990 milyard dolları keçəcəyini açıqladı. İnflyasiya nəzərə alındıqda, Çinin keçən il ticarət profisiti rekordu qıraraq, ötən əsrdə bütün ölkələrin zirvələrini çox üstələyir.

Hafta.az-ın yazdığına görə, Çinin əvvəlki rekordu 2022-ci ildə 838 milyard dollarla olub.

Donald Trampın yenidən vəzifəyə başlamasından və tarifləri artırmazdan əvvəl ticarətin sürətlənmiş ola biləcəyi təxmin edilir. Çünki 2024-cü ilin dekabrında 104,8 milyard dollarlıq müsbət saldo aylıq ticarət rekordunu qırıb.

Çin Baş Gömrük İdarəsi dünən bəyan edib ki, 2024-cü ildə 3,58 trilyon dollarlıq ixraca qarşı 2,56 trilyon dollar idxal edəcəklər.

Çin neft kimi təbii sərvətlərdə ticarət kəsiri olsa da, istehsal etdiyi məhsullarla bu kəsiri aradan qaldırmağı bacarıb. Bu istehsal milyonlarla insanı işlə təmin edib və son 10 ildə işçilərin əməkhaqlarının təxminən iki dəfə artması ilə nəticələnib.

Digər tərəfdən, bu istehsal həm sənayeləşmiş, həm də inkişaf etməkdə olan ölkələrin reaksiyasına səbəb olur. Bir çox ölkələr gömrük rüsumlarını artıraraq yerli istehsalını ayaqda saxlamağa çalışır.

Türkiyə, Braziliya, Hindistan və İndoneziya kimi ölkələrin istehsalçılarının təhdid altında olduğuna diqqət çəkən qəzet, Çinin cavab addımının bütün dünya iqtisadiyyatını sarsıda biləcək bir ticarət müharibəsi ilə nəticələnə biləcəyini yazır.

Yenidən ABŞ prezident kürsüsünə oturmağa hazırlaşan Donald Tramp məhz buna işarə edir.

Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Trampın açıqlamaları artıq müxtəlif problemlərlə üzləşən dünya iqtisadiyyatları üçün yeni bəlaların başlaya biləcəyi ilə bağlı proqnozları gücləndirir.

Bir çox təşkilat Çinin 2025-ci ildə oxşar rəqəmlərə nail ola bilməyəcəyini bildirir.

Seçilən
3
hafta.az

1Mənbələr