AZ

“Türk axını”na hücumda İngiltərənin əli var?

“Türk axını” qaz kəmərinə hücumda İngiltərənin əlinin olması realdır.

Publika.az xəbər verir ki, bunu türkiyəli politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özər “RİA Novosti”yə müsahibəsində deyib.

“Bildiyiniz kimi, İstanbul danışıqlarında sülh sazişi ilə bağlı prinsipial razılıq əldə olundu, lakin daha sonra Ukrayna Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Consonun məsləhəti ilə danışıqlardan çəkildi.

Avropa Birliyinə üzv ölkələr İstanbul prosesini tam dəstəkləyiblər. Hazırda Aİ ölkələri müharibənin davam etdirilməsində London qədər maraqlı deyil”, - Engin Özer vurğulayıb.

Politoloqun sözlərinə görə, terror aktını çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin kiçik bir dəstəsi həyata keçirib və bu dəstə Böyük Britaniyanın xüsusi təyinatlı SAS bölməsinin əsgərləri tərəfindən koordinasiya edilib.

Seçilən
5
1
publika.az

2Mənbələr