AZ

Tramp: "İsrail və HƏMAS arasında razılaşma həftənin sonunacan imzalana bilər"

Bu sözləri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, bu, hər iki tərəf: həm İsrail, həm də Fələstinin HƏMAS qruplaşması üçün axırıncı fürsətdir.

"Əgər bu fürsəti də əldən versələr, münaqişənin şiddəti əvvəllər görülməmiş səviyyəyə çatacaq. Hər halda, gördüyüm qədəri ilə, razılaşma baş tutub. Yaxın günlərdə, bəlkə də, bu həftənin sonunacan saziş imzalana bilər", - Tramp bildirib.

O həmçinin diqqətə çatdırıb ki, HƏMAS tərəfindən Qəzzada ağır şəraitdə saxlanılan əsirlərin əksəriyyəti "təəssüf ki, dünyasını dəyişib"..

"İsrail tərəfinin məlumatına görə, 98 əsirdən yalnız yarısı sağdır", - o deyib.

Firudin Həmidli
AzVision.az
Seçilən
3
2
azvision.az

3Mənbələr