AZ

İsrail HƏMAS lideri Yəhya Sinvarın cəsədini qaytarmayacaq

İsrail Qəzza razılaşmasının bir hissəsi olaraq öldürülən HƏMAS liderinin cəsədini HƏMAS-a verməyəcək...

İsrail Qəzzada atəşkəsin dayandırılması və girovların azad edilməsi ilə bağlı mümkün razılaşmanın bir hissəsi kimi Fələstin HƏMAS lideri Yəhya Sinvarın cəsədini geri qaytarmağı planlaşdırmır.

Poliqon xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl “Əl Ərəbiyyə” telekanalı Fələstin tərəfinin Qəzza razılaşmasının birinci mərhələsi çərçivəsində Sinvarın cənazəsinin təhvil verilməsini tələb etdiyini bildirmişdi.

KİV-in məlumatına görə, yanvarın 13-ü səhər saatlarında Dohada məsləhətləşmələrdən sonra Qətər sazişin yekun layihəsini tərəflərə təhvil verib. Bu, fələstinli məhbusların müqabilində girovların azad edilməsi, atəşkəs və anklav üçün yeni idarəetmə sistemi ilə bağlı müzakirələrin aparılmasını əhatə edən üç mərhələli sazişi əhatə edir. EFE Agentliyi yazıb ki, saziş yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl imzalana bilər. “Əl-Ərəbiyyə” HƏMAS-ın sənədlə bağlı şərh vermədiyini bildirib.

Xatırladaq ki, Yəhya Sinvar 2017-ci ildən Qəzza zolağında HƏMAS-a rəhbərlik edib və İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra hərəkatın siyasi bürosunun rəhbəri seçilib. O, 2024-cü il oktyabrın 16-da İsrailin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Yanvarın 13-də Amerikanın “The Wall Street Journal” qəzeti Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvara istinad edərək yaraqlıların HƏMAS-ın kollektiv rəhbərliyini tanımaqdan imtina etdiyini və “muxtar hərəkət etdiyini” yazıb.

Poliqon.info

Seçilən
5
1
poliqon.info

3Mənbələr