Türkiyənin tanınmış aktrisası Bedia Ener Öztep vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə "Sabah" nəşri yazıb.
“Yaprak dökümü” serialında Neyyir Hanım rolu ilə məşhurlaşan aktrisa 70 yaşında dünyasını dəyişib.
Onun uzun müddətdir səhhəti ilə bağlı problemlərinin olduğu qeyd olunub.