AZ

Beyoncedən yanğından zərər çəkənlərə YARDIM

“Qremmi” mükafatı laureatı dünyaca məşhur müğənni Beyonce Los-Ancelesdəki yanğınlardan zərər çəkənlərə yardım edib.

Medianews.az türk mediaya istinadən xəbər verir ki, ulduz müğənni 2,5 milyon dollar bağışlayıb.

43 yaşlı müğənni hələ də söndürülməyən yanğınlardan zərər çəkənlərə kömək etməyi qarşısına məqsəd qoyub.

Fondun İnstaqram səhifəsində Beyonsun meşə yanğınlarından zərər çəkmiş ailələrə kömək etmək üçün ianə verməyi vəd etdiyini bildirən yazı paylaşılıb.

Bildirilib ki, bu ianə Altadena/Pasadena bölgəsində evlərini itirmiş ailələrə kömək etmək və meşə yanğınlarından zərər çəkənlərin təcili ehtiyaclarını ödəmək üçün kilsə və icma mərkəzlərinə kömək etmək üçün ayrılıb.

Digər tərəfdən, musiqi dünyasının ən prestijli mükafatları arasında yer alan Qremmi Mükafatları üçün geri sayım başlayıb. Fevralın 2-də keçirilməsi planlaşdırılan mərasimin Los-Ancelesdəki yanğınlara görə təxirə salınacağı iddia edilib.

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində ölkə tarixinin ən dağıdıcı yanğınları ilə mübarizə davam edir. Hollivudda bir çox mühüm bina yanğınlarda zərər görüb, dünyaca məşhur adların evləri külə dönüb.

Seçilən
4
medianews.az

1Mənbələr