Bakı. Trend:
İran və üç Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya)arasında dialoq ciddi, şəffaf və konstruktivdir.
Trend-inməlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq vəbeynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi özünün “X”sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, İran və üç Avropa ölkəsi arasında dialoqun3-cü raundu Cenevrədə keçirilib.
Qəribabadi əlavə edib ki, iki sahədə, İran əleyhinə tətbiqolunan sanksiyaların ləğvi və nüvə sahəsində bir anlaşmanın əldəolunması vacibdir. Bəzi detallara varmaqla, bu sahələrdə ideyalararaşdırılıb və müzakirə olunub.
“Yekdil fikir var ki, müzakirələr yenidən başlanmalı və biranlaşmanın əldə olunması üçün bütün tərəflər tərəfindən münasibşərait yaradılmalı və qorunmalıdır. Dialoqların davam etdirilməsiüzrə razılıq əldə olunub”, - deyə o qeyd edib.
Qeyd edək ki, 29 noyabr 2024-də İran və 3 Avropa ölkəsi (BöyükBritaniya, Fransa və Almaniya) xarici işlər nazirləri müavinlərinindialoqunun ilk raundu Cenevrədə keçirilib. Bu dialoqun növbətiraundu 13-14 yanvarda Cenevrədə davam etdirilir.
Cenevrə danışıqlarında regional və beynəlxalq məsələlər, üçAvropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) ilə ikitərəfliməsələlər, eləcə də nüvə məsələləri müzakirə olunur.