AZ

Avropanın beş ölkəsi birgə silah istehsalıyla bağlı razılığa gəlib

Varşava yaxınlığındakl Helenovda keçirilən toplantıda Avropanın beş NATO ölkəsi və Ukraynanın müdafiə nazirləri görüşüblər.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Polşa, Almaniya, Fransa, Böyük Britaniya və  İtaliya müdafiə nazirliklərinin rəhbərləri birgə silah istehsalının artırılmasını müzakirə ediblər. Görüşdən sonra Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib: “Ukraynanın müdafiə naziri Rustem Umerovla söhbətin əsas məqamı Avropa ilə Ukrayna arasında, bizim və Ukrayna şirkətləri arasında istehsal potensialının inkişafı olub. Belə imkanlar mövcuddur və onlardan hələ istifadə olunmayıb”. Bundan əlavə, adları çəkilən bu beş ölkə 2026-cı ildə genişmiqyaslı təlimlər təşkil etmək niyyətindədirlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr