AZ

Mask Ağ Evdə özünə ofis qurur - "New York Times

Bu fikirlər "New York Times"da (NYT) dərc olunanməqalədəndir. Nəşr öz mənbələrinə istinad edib.

Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
"Cənab Maskın istifadəsi üçün ayrılmış yer Ağ Evə bitişik olan Eyzenhauer adminstrasiya binasındadır", - müəlliff yazıb.

Mask rəsmilərdən ABŞ prezidentinin ofisinin yerləşdiyi Ağ Evin Qərb bölməsinə daxil olmaq üçün ona xüsusi vəsiqə verilib-verilməyəcəyini də maraqlanıb. Mənbənin sözlərinə görə hələlik bizensmen heç bir cavab almayıb.

Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bennon İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində İlon Maskı “pis oğlan” adlandırıb.Bennon Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər sahibkar və milyarder İlon Maskı Ağ Evdən “qovmağa” çalışacağını bildirib.

“Onun Ağ Evə tam girişi olmayacaq. O, hamı kimi olacaq. “Texno-feodalizm” tərəfdarı olan İlon Maska Cənubi Afrikadakı vətəninə qayıtmağı tövsiyə edirəm. Onun yeganə məqsədi “trilyonçu olmaq” arzusudur”, - Trampın sabiq müşaviri iddia edib.

Tural Tağıyev
AzVision.az

Seçilən
4
azvision.az

1Mənbələr