AZ

“Flamenqo”ya gəldiyim üçün çox xoşbəxtəm

Burada olduğum üçün çox xoşbəxtəm.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"dan Braziliyanın "Flamenqo" klubuna keçən Olavio Juninyo Rio-de-Janeyrodakı hava limanında deyib.

28 yaşlı hücumçu A Seriyası təmsilçisi ilə rəsmi müqavilə bağlamadığı üçün qısa açıqlama ilə kifayətlənib. Onu klub rəsmiləri ilə yanaşı, bir neçə azarkeş də qarşılayıb.

Yerli vaxtla təxminən saat 17:00-da sözügedən şəhərə çatan forvard birbaşa otelə yollanıb. O, bu gün tibbi müayinədən keçəcək və daha sonra 3 illik rəsmi müqaviləyə imza atacaq.

Seçilən
5
5
demokrat.az

10Mənbələr