AZ

Şimali Koreya Cənubi Koreya və Yaponiyanı təşvişə saldı

Şimali Koreya Cənubi Koreya və Yaponiyanı növbəti dəfə təşvişə salıb.

News24.az xəbər verir ki, Şimali Koreyanın Yapon dənizinə doğru çoxsaylı qısa mənzilli ballistik raketlər buraxdığı bildirilib.

Şimali Koreyanın Caqanq əyalətindəki Qanqye bölgəsindən saat 09.30 radələrində atılan raketlərin təxminən 250 kilometr məsafə qət etdikdən sonra dənizə düşdüyü bildirilərkən, atılan raketlərin sayı ilə bağlı dəqiq məlumat paylaşılmadı.

Digər tərəfdən, Yaponiya hökuməti də Pxenyanın son raket sınağını təsdiqləyib. 

Onu da qeyd edək ki, Şimali Koreyanın son raket sınağı ABŞ-da yanvarın 20-də hökuməti ələ keçirməyə hazırlaşan Donald Tramp və onun hökuməti üçün hədə-qorxu kimi şərh edilib. Yanvarın 6-da sonuncu raket sınağını həyata keçirən Pxenyan administrasiyası səs sürətindən 12 dəfə yüksək olan orta mənzilli hipersəs ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb.

Günel Məlikzadə

Seçilən
11
news24.az

1Mənbələr