AZ

Şimali Koreya iki ölkəni qorxuya saldı - "Bölgə böyük təhdid altındadır"

Şimali Koreya Yapon dənizinə doğru yenidən çoxsaylı qısamənzilli ballistik raketlər buraxaraq bölgəni tədirgin edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yanvarın 6-da uzaqmənzilli yeni ballistik raketini uğurla sınaqdan çıxaran Kim Çen In iqtidarının gecəyarısı və səhər buraxdığı yeni raketlər Cənubi Koreya və Yaponiyanın həyəcanlandırıb.

Yaponiya Nazirlər Kabinetindən bildirilib ki, Yaponiya, ABŞ və Cənubi Koreya birlikdə bu təhdidlə bağlı müzakirə aparırlar: "Hazırda qəti bir yekun dəyərləndirmə içində olmasaq da, heç bir raket Yaponiya ərazisinə düşməyidiyini dəqqi deyə bilərik. Lakin bəyan edirik ki, Şimali Koreyanın davam edən raket sınaqları Yaponiyanın, regionun və beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyini təhdid edir. Bölgə böyük təhdid altındadır"

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
13
1
mia.az

2Mənbələr