AZ

BBC: "Atəşkəsin ilk mərhələsində İsrailin Qəzzadan çəkilməsi gözlənilir"

Bu barədə BBC xəbər agentliyinə Fələstin Muxtariyyətinin adı çəkilməyən rəsmi nümayəndəsiməlumatverib. O bildirib ki, HƏMAS növbəti həftə isə daha 4 əsiri sərbəst buraxacaq. İlk mərhələ başa çatanadək ümumilikdə 34 əsir azadlığa çıxacaq.

"Öz növbəsində, İsrail də cənubdan şimala köçmüş qəzzalıların öz yurd-yuvasına qayıtmalarına icazə verəcək.Bir şərtlə ki, onlar yalnız zolağın qərbi boyunca sahil yolu ilə piyada irəliləyə biləcəklər.Minik və yük maşınlarının, heyvan arabalarının isə ancaq"Səlahəddin" yoluna(Qəzza zolağının əsas magistralı - red.) bitişik keçiddən keçməsinə şərait yaradılacaq. Bu zaman vasitələr Qətər-Misir texniki təhlükəsizlik qrupu tərəfindən rentgen aparatı ilə yoxlanacaq", - mənbə deyib.

BBC mənbəyə istinadən yazır ki, əsir mübadiləsinin növbəti mərhələlərində İsrail tərəfi 1000 fələstinli məhbusunu azadlığa buraxacaq:

"Onlardan təqribən 190-ı 15 il və ya daha çox müddətə məhkumluq həyatı yaşayırlar".

Firudin Həmidli
AzVision.az
Seçilən
7
azvision.az

1Mənbələr