Bu fikirləri Fransa ilə Əlcəzair arasında son günlər pisləşən münasibətləri Olaylar.az-a şərh edən siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
"Bundan əvvəl istər Yaxın Şərqdə, istərsə də Afrika qitəsində Fransaya etirazlar bildirilib. Fransanın bu gün öz əlində saxladığı Yeni Kaledoniya və digər bu kimi koloniyalarında da Fransadakı rejimə etirazlar davam edir. Faktiki olaraq rəsmi Paris dünyada müstəmləkə siyasəti aparır. Bunun əleyhinə çıxışları da yatırmağa çalışır. Bu gün Əlcəzair və Fransa arasında yaşanan gərginliyin əsas səbəbi Fransanın hələ də Əlcəzairin daxili işlərinə müdaxilələr etməsi və Əlcəzairin suverenliyini tanımaq istəməməsidir. Faktiki olaraq Əlcəzair hökumətini özünə tabe etmək, öz istəklərini həyata keçirmək siyasəti aparmağa çalışır. Emmanuel Makron 2017-ci ildə hakimiyyətə gələrkən əsas hədəfi Fransanın öz böyüklüyünü yenidən özünə qaytarmaq idi. Bu, həmin vaxt geniş şəkildə müzakirələrə səbəb olmuşdu ki, Makron bunu necə edə bilər? Onun hal-hazırda yürütdüyü siyasət tamamilə beynəlxalq hüquq prinsiplərinə ziddir. Adam əvvəllər Fransa imperiyasının tərkibində olmuş ölkələrin daxili işlərinə müdaxilələr etməyə səy göstərir və öz imperialist maraqlarını büruzə verir. Təbii ki, bu, yolverilməzdir. Fransa özünü dünyanın aparıcı demokratik ölkələrindən hesab edir, Fransada bu günə qədər demokratiya ənənəsi olub. Həmin ənənənin tamamilə pozulması, ayaqlar altına atılması beynəlxalq prinsiplərin ciddi şəkildə pozulmasıdır. Bu, həmçinin dəfələrlə qəbul edilmiş müxtəlif səviyyəli beynəlxalq hüquqi sənədlərin də Fransa tərəfindən kobud şəkildə pozulmasıdır. Əlcəzair hökumətinin Fransaya etirazı məhz buna görədir. Fransa Əlcəzairdəki zəngin yataqların istismarını öz əlinə almaq istəyir. Bu, digər Afrika ölkələrinə də aiddir, eləcə də Yaxın Şərqdəki ölkələr və həmin ölkələrin siyasi həyatında hakim rol almaq istəyir. İstəyir ki, həmin ölkələrdə hakimiyyətdə özünə sadiq şəxslər, qruplar olsun. Bu, yolverilməzdir və düşünürəm ki, Əlcəzairin etirazı tamamilə haqlı yöndədir. Necə ki Afrika ölkələrindən fransız qoşunları çıxarılır, ona qarşı etirazlar var, Əlcəzairdə də bu davam edərsə, etirazlar daha da böyüyəcək".
Qiymət Mahir