Ehtiyat neftin qiymətləri əvvəlki ticarətin nəticələrinə görə avqust ayından bəri ən yüksək səviyyəyə qalxdıqdan sonra çərşənbə axşamı səhər ucuzlaşıb...
Poliqon bu barədə xarici mətbuata istinadən xəbər verir.
Londonun ICE Futures birjasında Brent markalı mart fyuçersləri 0,49 dollar (0,6%) ucuzlaşaraq 80,52 dollar/barelə bərabər olub. Bazar ertəsi bu kontraktların qiyməti 1,25 dollar (1,6%) artaraq 81,01 dollar/barel olub.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron ticarət zamanı WTI neftinin fevral fyuçerslərinin kotirovkaları 0,39 dollar (0,49%) azalaraq 1 barelə görə 78,43 dollar təşkil edib. Bir gün əvvəl fyuçerslər 2,25 dollar (2,9%) artaraq 78,82 dollar/barel olub.
Poliqon.info