Bakı. Trend:
Bu gün səhər saatlarında İranın Tehran şəhərindən Məşhədşəhərinə gedən sərnişin avtobusu Simnan vilayətində yük maşını ilətoqquşub.
Trend-inməlumatına görə, bunu İranın Simnan vilayəti Tibb ElmləriUniversitetinin təcili yardım üzrə idarəsinin direktoru PejmanQəraian yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qəza nəticəsində 25 nəfər xəsarət alıb.Hadisə yerinə 5 təcili yardım maşını və 1 ədəd təcili yardımavtobusu cəlb olunub. Yaralılardan 22 nəfəri tibb mərkəzlərinəçatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Tehran-Məşhəd yolunun Simnan vilayəti hissəsindəyol hərəkəti qaydalarına riayət olunmamasına görə, bir çox yolqəzası qeydə alınır.